16-17 min şəxsin amnistiyaya düşməsi gözlənilir
“Yeni amnistiya qərarı Prezidentin tapşırığı əsasında bir müddətdir hazırlanırdı”.
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.
Deputat bildirib ki, qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2 noyabr iclasında bu geniş müzakirə edilib: “Bu amnistiya aktı da çox dürüst hazırlanıb. Sənəd 4 hissədən ibarətdir. Preambulada 8 noyabr - Şuşa şəhərinin işğaldan azad olunmasının əhəmiyyəti əks olunub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın və Zəngəzurun erməni işğalından azad edilməsi xatırlanıb. Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı erməni təcavüzündən zərərçəkən əhalinin yaxınları və qohumları da bu amnistiyaya aid ediləcək. Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir”.
Deputat bildirib ki, amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir: “Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu