15 yaşlı qohumunu bıçaqladı
Göygöl rayonunda toydan çıxan şəxs bıçaqlanıb.
APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1986-cı il təvəllüdlü İlqar Bayramov toy məclisindən çıxandan sonra 5 bıçaq zərbəsi alıb. Xəstəxanaya yerləşdirilən İlqar Bayramovun vəziyyətinin kafi olduğu bildirilir.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, oktyabrın 30-da Göygöl rayon sakini İlqar Bayramovun müxtəlif bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə Göygöl rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, yetkinlik yaşına çatmayan (15 yaşlı) Q. Əliyev saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, hadisə toydan sonra bəyin evində baş verib. Cinayəti törədən şəxs İlqar Bayramovun onu təhqir etdiyini deyib. Onların yaxın qohum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu, Mehdi Məmməd, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə