15 min dollarlıq antik əşyalar oğurlandı
Nərimanov rayonunda Məmməd Araz küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 15000 dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polis məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum olunan, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. R.Tağıyev cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
16:23
1037
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
16:22
984
Yeni səfir Prezident İlham Əliyevin qəbulunda oldu
16:21
904
Prezident Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
17:19
1173
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
1130
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
1123