15 gün öncə ailə qurmuşdu, yol qəzasında öldü
Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı yolunda, rayonun Qarakolluq kəndi ərazisində qeydə alınıb.
Betonqarışdıran maşın qarşı tərəfdən gələn Göyçay rayonunun Alxasova kənd sakini, 29 yaşlı Şükran Cəfərovun idarə etdiyi "VAZ 2104" markalı minik avtomobilinə çırpılıb. Daha sonra betonqarışdıran avtomobilin sürücüsü nəqliyyat vasitəsini saxlaya bilmədiyi üçün "VAZ 2104"ün üstündən keçib. Hadisə zamanı minik avtomobilinin sürücüsü Şükran Cəfərov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, onun həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə Şükran Cəfərov 15 gün öncə ailə həyatı qurub.
Faktla bağlı araşdırma aparılır.
Şahnəzər Bəşirov, APA TV, İsmayıllı
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub