13 yaşlı “Vesti.az”dan REPORTAJ
Bu gün “APA GROUP”a daxil olan “Vesti.az”ın 13 yaşı tamam olur. Kollektivi kiçik olsa da, uğurları, qazandıqları oxucu auditoriyası böyükdür.
Rus dilində fəaliyyət göstərən "Vesti.az" yarandığı gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib, eksklüziv materialları, reportaj və müsahibələri ilə populyar internet resurslardan birinə çevrilib.
"Vesti.az" təkcə Azərbaycanda deyil, dünyada rusdilli kontingent tərəfindən tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Qarabağ məsələsi ilə bağlı reallığın dünya ictimaiyyətinə çatdırılmasında da mühüm rol oynayır.
Yeganə Rzaxanova isə “Vesti.az”ın yarandığı ilk gündən burada çalışır. On üç ildir ki, Agentliklə bir addımlayan Yeganə xanım arzularını dilə gətirərkən bir az kövrəlir. Deyir nə də olmasa 13 ildir bir yerdə böyüyürük. Yaxşı və pis gündə bir yerdə addımlamışıq.
APA TV olaraq həmkarlarımızı təbrik edirik, oxucularınız bol olsun.
Fatma Zahidqızı,
Ceyhun Mustafayev,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ