13 yaşlı qıza KİM TƏCAVÜZ EDİB? - APA TV
Bakıda 13 yaşlı qız ana olub.
APA TV xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, 13 yaşlı qız ev şəraitində uşaq dünyaya gətirib:
"Qız xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməyini xahiş edir".
Mərkəz rəhbəri onu da qeyd edib ki, qız ona təcavüz nəticəsində hamilə qaldığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:25
605
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
702
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
613
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1142
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1055
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
955