“102”-yə zəng edib ““20 Yanvar” stansiyası partladı” dedi
“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub.
Bu barədə “Qafqazinfo” məlumat yayıb.
32 yaşlı şəxs axşam saatlarında Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib.
Zəng edən şəxsin kimliyi araşdırılanda məlum olub ki, o, Sumqayıtda yaşayır. Polis əməkdaşları hadisəni araşdırmaq üçün həmin ünvana gediblər. Onu polis bölməsinə dəvət ediblər. Lakin o, bölməyə getməkdən imtina edib. Bundan sonra polis əməkdaşları vətəndaşı məcburi qaydada avtopatrula əyləşdirərək Sumqayıtda 4-cü Polis Bölməsinə aparıblar. Müayinə zamanı onda orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsi tərəfindən protokol əsaslı hesab edilib və o, 30 gün müddətinə həbs olunub.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər