101 il bundan öncə Bakını işğaldan azad edən şəhidlərin xatirəsi anıldı
Bu gün Bakının işğaldan azad edilməsində 101 il ötür. Düz 101 il bundan öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bilşevik işğalından azad edib. Bu hərəkatda qəhrəman Mehmetcik Azərbaycanlı qardaşları ilə birlikdə vuruşaraq, 1130 şəhid vermişdi. Onlar Azərbaycanın hər yerində, adsız məzarlarda, ikinci vətənlərində yatmaqdadırlar. Allah rəhmət eləsin.
Bu münasibətlə Bakıda Türk Şəhidliyi abidəsi ziyarət olunub. Mərasimdə əvvəl abidənin önünə əklil qoyulub. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında 15 sentyabr tarixinin əhəmiyyətindən danışıb və hər iki ölkəni qələbə münasibətilə təbrik edib.
Ziyarətçilər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin üzərinə gül qoyublar.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, əbədi məşəl önünə əklil qoyulub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu hadisəni hər iki ölkənin birlikdə qazandığı zəfər adlandırıb: “Bundan 101 il öncə Bakını qurtararaq bu günkü Azərbaycanın sərhədlər içində var olmasının yolunu açdılar.Beləliklə, bütün türk milləti baxımından çöx böyük zəfər əldə etdilər. Bu zəfərin il dönümü hamımıza mübarək olsun. 15 sentyabr həm də Azərbaycan və Türkiyə qardaşlığının zirvə və simvol günüdür. Bunu da hər il daha böyük coşğu ilə qeyd edəcəyik. Hər il azərbaycanlı qardaşlarımızın bura gəlib, bizlərə qatıldığını görürük”.
Ziyarətə yalnız həmvətənlərimiz deyil, qardaş Türkiyənin qaziləri də qatılıblar: “Azərbaycanın 101-ci qurtuluş ildönümü üçün gəldik. Biz Türkiyə qazisi olmaqla eyni zamanda Azərbaycanın da bir parçasıyıq, qazisiyik. Azərbaycanda olmaqla qürur duyuruq”.
Gənclər təşkilatlarının nümayəndələri də Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünü şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə qeyd ediblər: “15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən qazanılmış bu uğur, nailiyyət Azərbaycan gəncliyini çox yaxından düşündürür. Nə üçün? Çünki hesab edirəm ki və bizim gənclərimiz ciddi formada bunun haqqında düşünür ki, burada Azərbaycan gəncliyinin də böyük rolu və əhəmiyyəti olub”.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."