100-dən çox adama pul "atıb" ABŞ-a qaçan mərkəz rəhbəri AXTARIŞA VERİLDİ
“Leveland” təhsil mərkəzinin rəhbəri İsgəndər Ağayev axtarışa verilib.
Lent.az-ın məlumatına görə, o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 193.2.1-ci (yalançı sahibkarlıq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunur.
Onun barəsində məhkəmə tərəfindən həbsli axtarış elan olunub və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, mediada yazılan məlumatlara görə, “Leveland” təhsil mərkəzinin rəhbəri İ. Ağayev xaricdə təhsil almaq istəyən 100-dən çox insanın külli miqdarda pulunu mənimsəyib.
Belə ki, o, həmin şəxslərdən xaricdə təhsil adı ilə pul aldıqdan sonra ölkədən qaçıb.
Hazırda onun ABŞ-da olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
17:12
657
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
732
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
687
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1714
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
14:07
2016
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1266