10 rayonda şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına ev verilib
Göyçayda 8 şəhid ailəsi və Qarabağ müharibəsi veteranlarına ev verilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, icra başçısının müavini Zivər Zeynalova iştirak edib.
Qeyd edilib ki, bu gün 10 rayonda - Göyçay, Daşkəsən, Gədəbəy, Saatlı, Kürdəmir, Quba, Salyan, Şəmkir, Qazax, Ağdaşda şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 28 yeni fərdi yaşayış evi təqdim olunub.
Dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onların artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. İndiyədək isə Nazirlik tərəfindən 8451 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.
Şahnəzər Bəşirov
APA TV
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”