1-ci vitse president Mehriban Əliyeva Sami Yusufu təltif edib

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 1-də Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.

APA TV-nin məlumatına görə, Birinci vitse-prezident müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Müğəninin Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını xatırladıb, bu konsertin yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESCO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb.

Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.

Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR