Masallıda 3 otaqlı ev külə döndü
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Qızılağac kənd sakini, 37 yaşlı Könül Qüdrət qızı Məmmədovaya məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb. Yanğın evin mətbəxində, kustar üsulla hazırlanan elektrik qızdırıcısında yaranan qısaqapanmadan əmələ gəlib. Yanğının güclənməsinə səbəb isə alovun mətbəxdəki maye qaz balonlarına keçməsi olub.
Məlumata görə, ev sahibləri Rusiyadadadır və hazırda burada müvəqqəti olaraq, Könül Məmmədovanın baldızı ailəsi ilə yaşayır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmasa da, 98 kv.m-lik 3 otaqlı ev içindəki avadanlıqlarla birlikdə tamamilə yanaraq kül olub. Ailəyə məxsus heç bir sənəd, zinət əşyalarını belə çıxarmaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub