“Niva”ilə toqquşan "Mercedes”in sürücüsü öldü
Ağdaşda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin məlumatına görə hadisə mayın 19-da saat 02:30 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Ağdaş sakini, 1985-ci il təvəllüdlü Anar Əliyev idarə etdiyi “Mercedes” markalı minik maşını isə əsk istiqamətdə hərəkət edən həmyerlisi 1984-cü il təvəllüdlü Taleh Məbudova məxsus “Niva” markalı maşınla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtomobilin mühərrikində yanğın baş verib. Hadisə yerinə gələn FHN-nin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun qarşısını alıblar. Hadisə zamanı ağır xəsarət alan hər iki avtomobilin sürücüsü Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq “Mercedes”in sürücüsü Anar Əliyev aldığı ağır xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub