Hərbi hissələrdə xüsusi rejimin tətbiqinə başlandı - ƏMR
Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiqinə başlanıb.
Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə bildirilib ki, əmrə əsasən havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub