4 yaşlı uşaq qəzada öldü, 11 nəfər xəsarət aldı -ŞOK GÖRÜNTÜLƏR
Bakı-Quba-Rusiya Federasiyası Dövlət Sərhədi yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə yolun Siyəzən rayonunun Ağbaş kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini İlham Məmmədovun idarə etdiyi “Toyota-Prado” markalı minik maşını ilə Ukrayna dövlət qeydiyyatlı mikroavtobus toqquşub. Qəza nəticəsində Ukrayna vətəndaşları - 1989-cu il təvəllüdlü Aleksandr Pinçuk, 20 yaşlı İqor Paseyka, 1968-ci il təvəllüdlü Genadi Danyuk, 26 yaşlı Svetlana Anatoliyevna Drazyuk, həmyaşıdı Victoriya Sergeyevna Stepanyuk, 1954-cü il təvəllüdlü Stepanyuk Sergey Lukaşoviç, 31 yaşlı Aleksandr Nikaloyeviç Rossoxin və Bakı şəhər sakinləri - 1977-ci il təvəllüdlü Məmmədova Gülnarə Vəli qızı, 55 yaşlı Kazımov Sahib Zöhrab oğlu, 29 yaşlı Kərimova Lalə Sahib qızı və 1968-ci il təvəllüdlü Kazımova Məlahət Fərhad qızı xəsarət alıblar. Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Qəzada “Toyota-Prado”nun sürücüsünün azyaşlı qızı - 2010-cu il təvəllüdlü Əminə Məmmədova hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub