"Jiquli" "KamAZ"a çırpıldı: bir ailənin üç üzvü yaralandı
Abşeron rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 10-cu kilometrliyində, Hökməli qəsəbəsi ərazisində qeydə alınıb. Şəhər istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı minik maşını eyni istiqamətdə hərəkət edən "KamAZ" markalı minik maşınına çırpılıb. Qəza zamanı "VAZ 2106"da olan bir ailənin 3 üzvü xəsarət alıb. Sürücünün vəziyyəti daha ağır olduğundan o, təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib.
Eyni zamanda hadisə yerinə Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsinin əməkdaşları gəliblər.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
311
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
387
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
953
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1004
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1787
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1441