Sərnişin avtobusunun sərxoş sürücüsü qəza törətdi
Bakıda 202 nömrəli marşrut avtobusu qəza törədib. Hadisə Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində baş verib. "Mercedes" markalı avtomobillə toqquşan "Daewoo" markalı avtobus daha sonra yol ayrıcındakı ağaca dəyib. Qəza vaxtı avtobusda sərnişin olmayıb. Hadisə şahidlərinin dediyinə görə, avtobusun sürücüsü avtomobili idarə edərkən sərxoş olub.
"Mercedes"in sürücüsü Adil Ağamalıyev bildirdi ki: "Mən bu tərəfə gəlirdim. O məni gəlib solumdan vurdu, özü də kefli. Burda bir oğlan var idi, dedi ki, gördüm məni vurur, qaçdım, səni vurdu. Məndən sonra gedib ağaca dəyib. Az qalırdı mağazaya girəm. Sürücü də keflidir. Qaçırdı, gedib tutub gətirmişəm".
Bir az keçir, avtobus sürücüsünü post patrul xidmətinin avtomobilindən çıxarıb aparırlar. Aparanın kimliyi isə bəlli olmur. Qolundan və dizindən zədələnən "Mercedes"in sürücüsü xəstəxanaya aparılıb. Avtobus sürücüsünün isə xəsarət almadığı bildirilir. Qəza barəsində hadisə yerinə gec gələn yol polisi əməkdaşları və Binəqədi rayon Polis İdarəsinin müstəntiqi məlumat verməyib. Qeyd edək ki, 202 nömrəli marşrut xətti "Çinar Trans" MMC-yə məxsusdur. Hadisəni Binəqədi rayon Polis İdarəsi araşdırır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub