Azadlıq prospektində “Kia”, “Mercedes” və “BMW” toqquşdu
Bakının Nəsimi rayonunda üç maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, qəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəza zamanı "KİA", "Mercedes" və "BMW" markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza "KİA"nın sürücüsünün gözləmə nişanının tələbini pozması nəticəsində baş verib. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub