Kürdəmirdə körpə bacı qardaşını yandırdı – AİLƏ FACİƏSİ
Kürdəmir rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin məlumatına görə hadisə Kürdəmirin Cənub məhəlləsində baş verib. 2010-cu il təvəllüdlü Məmmədova Şərəf Razim qızı evdə 3 yaşlı qardaşı Radim Məmmədovla birgə oynayarkən əlindəki alışqanla onun paltarını yandırıb. Azyaşlı Radim Məmmədov köməksiz vəziyyətdə qalaraq tamamilə yanıb.
Uşağın qışqırıq səsini gec eşidən anası Radim Məmmədovu götürərək həyətdən keçən su arxına salaraq yanğını söndürüb.
Dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Radim Məmmədovun bədəni 100 faiz yandığı üçün vəziyyəti getdikcə pisləşib. O, təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq 3 yaşlı uşaq aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub