ABŞ səfiri: "...işğal olunmuş 7 rayon Azərbaycana qaytarılmalıdır"
"Ceyms Uorlik çox aydın şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayon Azərbaycana qaytarılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin Karnegi Fondunda verdiyi bəyanatlar çox önəmlidir".
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, bəyanatda səsləndirilən fikirlər ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətini çox düzgün əks etdirir. Sitat : “Bəyanatın əsas məqsədi həm Ermənistan, həm də Azərbaycan tərəfini münaqişənin birdəfəlik dinc yolla həlli üçün zəruri addımlara çağırmaq və həvəsləndirməkdir". Sitatın sonu.
Səfir xatırladıb ki, həmsədrin çıxışında münaqişənin nizamlanması üçün gərəkli olan altı prinsip öz əksini tapıb. O, danışıqların artıq 20 ildir, davam etməsinin məyusedici olduğunu söyləyərək hər iki tərəfdən müsbət addımların atılmasının zəruri olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub