Hava gündən-günə isinir: 37 dərəcə isti olacaq
Hazırda ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun qrup rəhbəri Fərqanə Həsənovanın APA TV-yə verdiyi məlumata görə, ötən gün Bakıda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub. Yaxın 2 gün ərzində də yağmursuz və mülayim hava şəraiti davam edəcək. "Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 30-35 dərəcə isti təşkil edəcək".
Bölgələrdə də əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Mülayim külək əsəcək. "Mərkəzi Aran rayonlarında havanın temperaturu 32-37 dərəcə, dağlarda 22-27 dərəcə isti təşkil edəcək. Yaxın günlərdə havanın temperaturu bir qədər yüksək olacaq". Bu cür hava şəraiti isə meteohəssas insanlar üçün əlverişlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub