"N" saylı hərbi hissənin əsgəri komandirini güllələyib
Azərbaycan Ordusunda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
412
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
493
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1041
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1012
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1795
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1448