FHN-dən təhlükəsizlik tədbiri: Nə etməli?
Paytaxtın Lökbatan qəsəbəsindəki 233 saylı orta məktəbdə “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə FHN-nin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə və Tibb Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Nəzəri və praktik olmaqla, iki hissədən ibarət bu tədbirdə məktəblilərə fövqəladə halların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişət qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel, daşqınlar, yol qəzaları, partlayışlar və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verilib.
Məktəblilərə fövqəladə hallarda istifadə olunan spesifik alətlər, yanğınsöndürmə avadanlıqları, akvalanq, xilasetmə, üzmə və fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı, iş prinsipləri, xüsusi kinologiya avtomobili, sınıqlar və qanaxmalar zamanı ilkin tibbi yardımın həyata keçirilmə üsulları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, məktəbin həyətində şərti partlayıcı qurğu xüsusi təlim keçmiş it tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilmək üçün ərazidən uzaqlaşdırılıb.
Şagirdlərin zəlzələ mövzusunda hazırladıqları səhnəcik tədbir iştirakçılarına təqdim olunub. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi məsələləri nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub