Növbəti metrostansiyanın Xırdalanda olması planlaşdırılır
“Böyük Bakının Regional İnkişaf Planı”nda Bakı metrosunun stansiyalarının artırılması təklif edilir".
APA TV-nin xəbərinə görə, bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. Onun sözlərinə görə, həm “Bakı Metropoliteni” QSC-nin, həm də institutun planlarında Xırdalana metro stansiyasının çəkilməsi təklif edilir: “Bakı Metropolitinin yeni “Avtovağzal” stansiyasında tikinti işləri yaxın vaxtlarda yekunlaşacaq və istismara veriləcək. Metronun planlarında da var, biz də təklif edirik ki, növbəti stansiyası Xırdalan olsun. Buraya sürətli qatarların getməsi mümkündür, dünyada belə təcrübə var”.
Yaxın gələcəkdə Bakıda ali təhsil müəssisələrinin şəhər ətrafına köçürülməsinin nəzərdə tutulduğunu deyən İlqar İsbatov bildirib ki, təhsil konsepsiyasının tərkib hissəsi kimi ali təhsil müəssisələri ilə bağlı ayrıca konsepsiya yaradılmalıdır: “Öz layihəmizdə ali təhsil müəssisələri üçün şəhər ətrafında ərazilər nəzərdə tutmuşuq. Təhsil sisteminə cavabdeh qurumlar tərəfindən hazırlanan konsepsiyaya uyğun olaraq ali təhsil müəssisələri həmin ərazilərdə yerləşdirilə bilər”.
Bakıda "Böyük Bakının Regional İnkişaf Planı" üzrə başa çatdırılmış işin nəticələrinin ictimai müzakirəsi aparılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Abbas Ələsgərov bildirib ki, Bakının dörd rayonunda yaşayış binalarının tikintisi məhdudlaşdırılacaq. Buna səbəb paytaxtın mərkəzi rayonlarında sıxlığın daha çox olmasıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub