Azərbaycan diasporunun rəhbərinə sui-qəsd olub
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev güllələnib. R. Tağıyevin yaxınlarının APA-ya verdiyi məlumata görə, silahlı sui-qəsd nəticəsində R. Tağıyev çiynindən güllə yarası alıb. Hadisə mayın 14-də Ukrayna vaxtı ilə saat 17:00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər. Yaxınları R. Tağıyevin xəstəxanaya yerləşdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildiriblər.
OXŞAR XƏBƏRLƏR
14:29
429
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
508
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1057
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1017
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1798
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1451