Müdafiə nazirinə yeni müavin təyin edildi, Çingiz Məmmədov ehtiyata göndərildi
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.
APA-nın xəbərinə görə, onun yerinə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Kərim Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.
Sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.
OXŞAR XƏBƏRLƏR
14:29
429
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
508
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1057
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1017
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1798
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1451