Faciədə ölənlərin sayı 232-yə çatdı
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mədən faciəsinin baş verdiyi Manisa vilayətinin Soma rayonuna gedib. Baş nazirlə birgə onun köməkçiləri Bülənt Arınc və Bəşir Atalay, daxili İşlər naziri Əfqan Ala, səhiyyə naziri Mehmet Müəzzinoğlu hadisə yeridnədirlər. Rəcəb Tayyib Ərdoğan Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayının 232-yə çatdığını bildirib.
Lakin hadisə yerində olan müxalifətçi millət vəkilləri ölənlərin sayının daha çox olduğunu bildiriblər. Cümhuriyyət Xalq Partiyasının hazırda Somada olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna ən azı 350 işçinin öldüyünü deyiblər.
APA TV-nin xəbərinə görə, Manisa bələdiyyə başçısı Çengiz Ergün isə mədəndə daha 125-150 arası insanın olduğunu söyləyib. Onun sözlərinə görə, xəstəxanaya 71 nəfər gətirilib, onlardan 66-sı artıq evinə buraxılıb. Sitat, "xilasetmə işləri gecə dayandırılıb, səhər saat 08:30-da monoksid qazının və yanğının təsiri azaldılaraq təkrar davam etdirilib."
Kömür mədənində baş verən partlayış və yanğın zamanı içəridə 787 fəhlənin olduğu güman edilir. Bu səbəblə ölənlərin sayının daha da artacağı şübhə doğurmur.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub