Şirkət direktoru dələduzluq yolu ilə 305 min manat mənimsəyib
Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakininin “Vedi-E” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub