Gənc ana 20 günlük körpəsini əmizdirərkən öldü
Azərbaycanda 23 yaşlı ana 20 günlük körpəsinə süd verərkən ölüb. Hadisə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydə alınıb.
APA TV-nin xəbərinə görə, kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva İbadət Etibar qızı 20 gün əvvəl dünyaya gətirdiyi oğlan övladına süd verərkən qəfildən ürəyinin sıxılması və halının pisləşməsi barədə həyat yoldaşına bildirib.
Həkim çağırılsa da, ana bir neçə dəqiqə sonra dünyasını dəyişib. İki uşaq anası olan 23 yaşlı İbadət Əliyevanın ürəyində əvvəllər hansısa problemin olması ilə bağlı şikayəti olmayıb.
Uşaq Mingəçevir Şəhər Doğum Evində dünyaya gəlib, həmin vaxt həkimlər ana və uşağın tam sağlam olduğunu bildiriblər. Ölümün hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:00
662
Ceyhun Bayramov: Bu gün Azərbaycan-Litva münasibətləri üçün tarixi gündür
14:07
880
İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi
11:30
902
25 NOYABR - Kəlbəcərin AZADLIQ VƏ DİRÇƏLİŞ tarixi
15:19
1441
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
1051
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1668