Daha bir doğuş faciəsi: 27 yaşlı qadın doğuşdan sonra öldü
Azərbaycanda doğuşdan sonra daha bir ana ölümü baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.
Mərkəzdən APA TV-yə verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb.
Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələ ki, məlum deyil. Bu, məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra aydınlaşacaq.
Mərkəzin direktoru onu da qeyd edib ki, Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağı çıxarılıb. Ekspertlərin ilkin rəyinə görə, isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində dünyasının dəyişib.
Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub