Yük maşını ilə avtomobil toqquşdu: sərnişin ağır vəziyyətdədir
Cəlilabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Lətif Sadıqovun idarə etdiyi “QazEL” markalı kiçik tutumlu yük maşını Bakı istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Masallı rayon sakini Xalid Xəlilovun idarə etdiyi "Mercedes" markalı minik abtomobili ilə toqquşub. Zərbənin gücündən minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin, Surət Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib. Lakin Surət Quluyevin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub