Suriyada öldürülən 2 azərbaycanlının meyitinin videosu yayılıb
Suriyada bir müddət əvvəl öldürülən iki azərbaycanlının meyitinin video görüntüsü yayılıb. APA-nın əldə etdiyi məlumata görə, video görüntülərdə nümayiş olunan “İbrahim” ləqəbli azərbaycanlı Sumqayıt şəhər sakini Rüfət Aşurovdur. R. Aşurovun 2013-cü ildə Suriyada öldürülən “Əbu Yəhya” ləqəbli azərbaycanlı komandir Nicat Aşurovun qardaşı olduğu bildirilir.
Meyiti nümayiş olunan “Zubeyr” ləqəbli azərbaycanlı isə Araz adlı Bakı şəhər sakinidir.
Qeyd edək ki, APA adıçəkilən şəxslərin Suriyada öldürülməsi barədə bir müddət əvvəl məlumat yayıb. Lakin onların meyitlərinin görüntüləri ilk dəfədir, yayımlanır.
OXŞAR XƏBƏRLƏR
14:29
491
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
574
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1113
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1020
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1800
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1455