Qadın sürücünün "Mercedes"i maneəyə çırpıldı: 2 yaralı
Mayın 12-si, axşam saatlarında Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Bakı şəhər sakini, 33 yaşlı Jalə Əliyevanın idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Nəticədə sürücü Jalə Əliyeva və onun sərnişini 40 yaşlı Şabran rayonu, Şahnəzərli kənd sakini Sevda Ələkbərova müxtəlif dərəcəli xəsarətlər alaraq, Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisənin dəqiq başvermə səbəbləri Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində aparılan araşdırmaların sonunda məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
14:29
493
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
574
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1113
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1020
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1800
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1455