Çində onlarla kənd su altında qalıb
Çinin cənub-şərq hissəsində yağan aramsız yağışlar daşqınlara səbəb olub. APA TV-nin xəbərinə görə, daşqınlardan, əsasən, Hunan və Quandun vilayətləri zərər çəkib. Eyni zamanda, Quansi Çjuan muxtar rayonunda da bir neçə kəndi su basıb. Təbii fəlakət nəticəsində azı 2 nəfərin öldüyü, 54 min insanın evsiz qaldığı bildirilir.
Daşqın sularının hündürlüyü bəzi bölgələrdə 1 metrə qədər çatıb. Şençjen şəhərində vəziyyətlə əlaqədar nəqliyyatın hərəkəti tamamilə iflic olub. Şəhərin elektrik şəbəkələri sıradan çıxıb. Çin hökuməti təbii fəlakətin ölkəyə 75 milyon dollar ziyan vurduğunu açıqlayıb.
Meteoroloqlar yağıntılı havaların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.
OXŞAR XƏBƏRLƏR
14:29
491
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
574
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1113
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1020
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1800
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1455