Hacı Mirəziz Seyidzadə Masallıda dəfn olunub
Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə doğulduğu Masallı rayonunun Türkoba kəndindəki qəbiristanlığında torpağa tapşırılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində iştirak edən QMİ sədrinin müavini Hacı Fuad Nurulla, idarənin cənub bölgəsi üzrə qazisi Hacı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axindzadə və başqaları çıxış edərək mərhumun İslam alimi kimi xidmətlərindən danışıblar.
1949-cu ildə anadan olan Hacı Mirəziz Seyidzadə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri təyin olunub. Hacı Mirəziz Seyidzadə mayın 11-də dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub