Hesablama Palatasının sədri: "Heç bir məlumatı təkzib etməmişik"
"Hesablama Palatası özünün 2013-cü il fəaliyyəti ilə bağlı hesabatındakı hər bir cümlənin arxasındadır".
APA TV-nin xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Onun sözlərinə görə, sədrlik etdiyi qurum heç bir məlumatı təkzib etməyib: "Hesablama Palatası yalnız onu göstərib ki, Hesablama Plaataasının fəaliyyəti haqqında hesabata istinadən edilən bəzi məsələlərdən çıxan nəticələrdən razı deyil. Ona gördə də məcbur olub Xarici İşlər Nazirlyi və Gənclər və İdman Nazirliyi ilə bağlı verilən məlumatların yalnış olduğu ilə bağlı şərh verib".
O qeyd edib ki, ötən il Hesablama Palatsının auidit tədbirləri nəticəsində inzibati hüquqpozmalar, korrupsiya ilə bağlı faktlara görə, üç auidit tədbirini Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim edib. Digər audit tədbirləri nəticəsində korrupsiya hallarına rast gəlinməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub