Diqqət!!! Dəyişkən hava şəraiti bəzi şəxslərdə narahatlıq yarada bilər
Bakı və Abşeron yarımadasında mayın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi, gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da mayın 13-də havanın gündüz əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşam qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 13-ü və 14-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi, 14-də hava şəraitinin küləkli keçməsi bəzi metohəssas insanlarda narahatlıq hissi yarada bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub