İslam alimi Hacı Mirəziz Seyidzadə vəfat edib
Azərbaycanın böyük islam alimi Hacı Mirəziz Seyidzadə vəfat edib. O, mayın 11-də 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Hacı Mirəziz Seyidzadə bir müddət əvvəl insult keçirib və son 4 gün koma vəziyyətində olub.
Mərhumun cənazəsi dəfn olunmaq üçün Masallı rayonuna aparılıb.
1949-cu ildə Masallının Türkoba kəndində anadan olan Hacı Mirəziz Seyidzadə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2011-ci ildə Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri təyin olunub.
OXŞAR XƏBƏRLƏR
14:29
540
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
623
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1159
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1023
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1804
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1457