Beton səkiyə çırpılan "Mercedes" ağır qəza törətdi: 1 ölü, 3 yaralı
Bakının Xətai rayonunda 1 nəfərin ölümü, 3 adamın xəsarət alması nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Babək prospektində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yolun kənarındakı beton səkiyə çırpılaraq, əks hərəkət zolağına düşüb və "VAZ 2106" markalı avtomobillə toqquşub. Qəza zamanı “Mercedes” markalı avtomobilin yanacaq çəninin dağılması səbəbindən ərazidə partlayış təhlükəsi yaranıb. Hadisə yerinə Fövqəladə Hallar nazirliyinin 2 yanğınsöndürən avtomobili, həmçinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.
Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan sərnişinlər - 44 yaşlı Bəxtiyar Həbibov və 53 yaşlı Təranə Həbibova ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Avtomobildə olan digər sərnişin təxminən 60 yaşında qadın isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
VAZ-2106 markalı avtomobildə olan sərnişin 25 yaşlı Natq Cəfərov isə Neyrocərrahiyyə xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub.
Qəza ilə əlaqədar prospektində uzun tıxac yaranıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Qəza nəticəsində dünyasını dəyişən qadının şəxsiyyəti dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub