Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması xəbərini təkzib edib
“Azərbaycan Müdafiə Nazirliyi cəbhə bölgəsində 4 hərbçinin şəhid olması barədə xəbəri təkzib edib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı APA TV-yə bildirib ki, nazirlik bu xəbərlə bağlı geniş araşdırma aparıb: “Bu, Azərbaycan Ordusuna qarşı təxribatdır”.
Vaqif Dərgahlı xəbərlə bağlı geniş açıqlamaları olacağını da bildirib. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən isə APA-ya bildirlib ki, dünən və bu gün ərzində Silahlı Qüvvələrdə heç bir ölüm faktı qeydə alınmayıb: “Bu barədə yayılan məlumatlar yalan və əsassızdır”.
Qeyd edək ki, bəzi saytlar, sosial şəbəkələrə istinadən cəbhənin Tərtər rayonu istiqamətində 4 Azərbaycan hərbçisinin şəhid olması barədə məlumat yayıblar.
OXŞAR XƏBƏRLƏR
14:29
540
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
623
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1159
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1023
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1804
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1457