Gəncədə ana və azyaşlı oğlunu maşın vurdu
Gəncədə ana və oğlunu maşın vurub. Gəncə Şəhər Baş Polis İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gəncə şəhər sakini, 22 yaşlı Vüqar Yusibov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə yolu keçmək istəyən Daşkəsən rayon sakini, 37 yaşlı Xavər Əsgərova və onun 6 yaşlı oğlu Əli Məmmədovu vurub. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və oğlunun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
555
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
642
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1176
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1025
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1807
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1461