Cəlilabadda 17 yaşlı oğlanı ilan sancıb
Cəlilabad rayonunda cari mövsümdə ikinci ilançalma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd kəndində baş verib. Kənd sakini, 17 yaşlı İbrahim Şaməddin oğlu Əzizov ot biçmək üçün atası ilə birlikdə otlaq sahəsinə gedib. Otluqlar arasında hərəkət edərkən nəyinsə onun ayağını sancdığını hiss edib.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında İbrahimə müvafiq tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda onun vəziyyəti qənaətbəxşdir.
3 gün əvvəl Cəlilabad rayonunda 18 yaşlı qızı ilan sancmışdı.
OXŞAR XƏBƏRLƏR
14:29
555
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
642
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1176
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1025
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1807
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1461