Qırmızı Xaç Beynəlxalq Təşkilatının ofisinə hücum edilib, 7 nəfər girov götürülüb
Mayın 9-da naməlum şəxslər Donetskdə “Qırmızı Xaç” beynəlxalq təşkilatının ofisinə hücum edərək 7 nəfəri girov götürüb.
Onların hamısı kişidir, ofisdə olan qadınlar sərbəst buraxılıb.
Oğurlananlardan üç nəfər yerli sakin, daha üçü təşkilatın Kiyev könüllüsü və biri Fransa vətəndaşıdır. "Qırmızı Xaç"ın əməkdaşları dərman və tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə gəlibmiş.
Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayətinin dövlət administrasiyası binasında saxlandıqları bildirilir.
Bu arada Ukrayna Milli Qvardiyası Donetskdə silahlıların Ukrayna hərbçilərinin yerləşdiyi sanatoriya kompleksinə hücum etməsi barədə məlumatı təkzib edib. Qurumun saytında yerləşdirilən məlumata görə, həmin ərazidə hərbçilər ümumiyyətlə yerləşdirilməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub