Qanunsuz parkinqlər hansı problemləri yardır?
Paytaxtın mərkəzi küçələrində avtomobillərin qanunsuz park edilməsi təmir tikinti işlərinin vaxtından əvvəl dayandırılmasına səbəb olub. "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən Səməd Vurğun küçəsində məhdudiyyət göstəricisi olan yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstəricisi xətləri yenidən rənglənərkən avtomobillərin qanunsuz yerlərəd saxlanılması aparılan işlərə mane olub. Yol boyu 2 hərəkət xətti üzərində dayanan əksər avtomobillərin sürücülərinin onları ərazidə park edib getdikləri müşahidə edilib. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin APA TV-yə verdiyi məlumata görə, avtomobillərin qeyri-qanuni parklanmasını aradan qaldırmaq üçün əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları çağrılsa da mövcud problemi aradan qaldırmaq mümkün olmayıb. Pünhan Mürsəliyev onu da bildirib ki, 3 zolağın yükü 1 zolaqda cəmləşdiyi zaman yol konstruksiyası vaxtından əvvəl sıradan çıxır. Eyni zamanda bu cür qanunsuz parkinqlər ucbatından yollarda aylıq cari təmir işlərinin aparılması da mümkün deyil.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub