Tovuzda kütləvi zəhərlənmə! 7 şagird zəhərləndi!
Tovuzun Vahidli kəndində zəhərlənmə hadisəsi baş verib. Tovuz Rayon Mərkəzi Xəstəxanasından APA TV-nin qərb bürosuna verilən məlumata görə, məktəbin 7 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Valideynlərin bildirdiklərinə görə, uşaqlar məktəbin yaxınlığında olan mağazadan müxtəlif dada malik suxarıları alıb yedikdən sonra onlarda ürəkbulanma və qusma halları baş verib. Dərhal xəstəxanaya çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan ikisinin - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadənin vəziyyəti daha ağır olduğundan uşaqlara sistem köçürülüb. Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Aybəniz Dəmirovanın verdiyi məlumata görə, hazırda xəstələrin vəziyyəti normaldır. Həkim zəhərlənmənin saxlanma müddəti ötmüş suxarılar səbəbindən baş verməsi ehtimalının olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub