Bu il 62 abituriyent ali məktəbə imtahansız qəbul olunacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmaq üçün sənəd verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il ölkənin ali məktəblərinə müsabiqədənkənar qəbul olmaq üçün 62 nəfər sənəd verib. Ali məktəblərə müsabiqədənkənar qəbul olan 62 abituriyentin 1-i riyaziyyat fənni üzrə dünya fənn olimpiadasının, 1-i isə musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqənin, 60-ı isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibidir.
APA TV-nin xəbərinə görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub