Kürdəmir sakininin evindən xeyli silah-sursat və narkotik çıxdı
Kürdəmir rayon sakinindən silah-sursat və narkotik götürülüb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Kürdəmir şəhər sakini I qrup əlil 1973-cü il təvəllüdlü Zərbəliyev Elşən Rəcəb oğlu polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilərkən oradan İtaliya istehsalı olan “Volter” markalı tapança və 10 ədəd güllə, qoşalülə ov tüfəngi və çəkisi 60 qram olan qurudulmuş marixuana və iki selofan torbada tiryək aşkar edilərək götürülüb. Əvvəllər Rusiyada məhkum olunmuş Elşən Zərbəliyev tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:29
637
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
731
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1260
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1027
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
17:46
1811
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
13:33
1466