Ukraynadakı ahıska türklərinin evləri gülləbaran edilib
Ukraynanın hökumət qoşunlarının hücuma keçdiyi Slavyansk şəhəri yaxınlığındakı Semyonovka qəsəbəsində yaşayan Ahıska türkləri atışmadan ziyan görən evlərini təmir etməyə başlayıblar.
Slavyansk şəhərinə yaxınlaşan hökumət qüvvələri ilə separatçılar arasında Semyonovka qəsəbəsində baş verən silahlı toqquşma zamanı Ahıska türklərinə məxsus evlərə də ziyan dəyib. Güllələrin dəyməsi nəticəsində çoxlu sayda evin pəncərə şüşələri sınıb, bir evdə yanğın başlayıb. Yerli əhalinin mal-qarası da tələf olub.
Şahidlər atışmada avtomat silahlardan və hərbi maşınlardan istifadə edildiyini bildiriblər. Məlumata görə, naməlum silahlı qrup isə evləri gülləbaran edib.
Ahıska türklərinin "Vətən" cəmiyyətinin Donetsk təmsilçisi Nəbican Basatov bildirib ki, Slavyanskdakı türklər əkinçiliklə məşğul olurlar. Onun sözlərinə görə, Ahıska türkləri gələcəklərindən narahatdırlar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub