Prezident İlham Əliyev 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışına qatılıb
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Azərbaycan prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin fəaliyyəti ilə tanış olub. Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi paytaxtın Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcək. Mərkəzdə 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib.
Əlil vətəndaşlar da mərkəzin xidmətindən rahat yararlana biləcəklər. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub. Diqqətə çatdırılıb ki, 4 saylı “ASAN xidmət” mərkəzinin həyətində “Uşaq avtoşəhərciyi” yaradılıb. Burada uşaqların yol hərəkəti qaydalarını öyrənmələri və yol nişanlarını tanımaları üçün hər bir şərait var.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub