Müdafiə Nazirliyində yeni idarə rəisi təyin olunub
"Silahlı Qüvvələrin inkişafı ilə bağlı müəyyən planlar mövcuddur".
APA TV-nin xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinə yeni təyin olunan rəisi polkovnik Rüfət Əmirov deyib. Azərbaycan Silahlı Qüvvələrində son iyirmi ildə mühüm irəliləyişlər olduğunu deyən Rüfət Əmirov bildirib ki, artıq vahid komandanlığa bağlı ordu var. İradə rəisinin sözlərinə görə, yenidən nazirlikdə çalışmaq onun üçün heç bir problem yaratmayacaq: "Hərbçi hər zaman hərbçi olur, ehtiyatda olsa belə. Mən həmişə ordu ilə yaşamışam. Mənə etibar edilən vəzifəni layiqincə yerinə yetirəcəyəm, çalışacağam ki, ordumuzun səviyyəsi artırılsın, nizam-intizam yüksəlsin".
Azərbaycan Ordusunun cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirməsinə gəlincə, iradə rəisi belə deyib: "Təlimlərin keçirilməsində əsas məqsəd ordunun hazırlıq səviyyəsini qaldırmaqdır. Çünki təlimlər olmasa, ordunun səviyyəsi yüksək olmaz. Təlimlər daima keçiriləcək".
Müdafiə Nazirliyinin hərbi tarix müzeyində ikinci dünya müharibəsində iştirak edən veteranlarla görüş keçirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
Prezident İlham Əliyev Çin nümayəndə heyətini qəbul edib
Mehriban Əliyeva dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub